Advertisment

Səudiyyə Ərəbistanı üçün 7-ci korvet

Ötən həftə sonu İspaniyanın Navantia gəmiqayırma şirkəti Səudiyyə Ərəbistanı donanması üçün inşa edilən 7-ci korveti suya buraxıb.

Herbiand.az bildirir ki, korvetə "Neom" adı verilib.

Mərasimə Səudiyyə Ərəbistanı donanmasının qərargah rəisi, vitse-admiral Məhəmməd bin Əbdürrəhman Əl-Quraybi və Navantia şirkətinin baş direktoru Rikardo Dominqes rəhbərlik edib. Tədbirdə həmçinin, Əlahəzrət Şahzadə Hayfa bint Əbdüləziz Əl-Muqrin də iştirak edib. Açılış mərasimindən sonra Quran ayələri oxunub.

Korvetin uzunluğu 104 metr, eni 14 metrdir. Silahlanmaya 76 mm və 35 mm-lik top qurğuları, “Harpoon” gəmi əleyhinə raketləri, ESSM zenit raketləri (ehtiyat - 32 mərmi), 324 mm-lik torpedo boruları və 12,7 mm-lik pulemyotlar daxildir. Həmçinin, 10 ton ağırlığında helikopter daşımaq da mümkündür.

Bəxtiyar CƏFƏRLİ