Advertisment

Cənazə maşınının sürücüsü qəbiristanlığa gedərkən yolda səfərbər edildi

Ukraynada qeyri-adi hadisə baş verib. Xerson bölgəsinin Kiyevin nəzarətində olan hissəsində polis cənazə maşınının sürücüsünü səfərbər edib. Maşın həmin an qəbiristanlığa dəfn etmək üçün tabut aparırdı.

Herbiand.az bu barədə Ukrayna mediasına istinadən bildirir.

Məlumata görə, mərhumun qohumları tabutu özləri nəqliyyat vasitəsindən çıxardaraq dəfn yerinə aparmağa məcbur olublar. Qəbiristanlığa qədər olan məsafə isə təxminən 10 kilometr olub.

Hadisə mərhumun qohumlarının sərt reaksiyasına səbəb olub. Onlar hərbi qeydiyyat idarəsinin və polisin hərəkətlərinə açıq şəkildə qəzəblərini bildiriblər: "Gedin döyüşün, canavarlar! Siz 6 nəfərsiz - və sizə ayıb deyil? Birinə qarşı! Biabırçılar!".

Bəxtiyar CƏFƏRLİ