Advertisment

Polşa Müdafiə Nazirliyi F-16 pilotlarının çatışmazlığını təkzib edib

Polşa Milli Müdafiə Nazirliyi Amerika F-16 qırıcı təyyarələri üçün pilot çatışmazlığı ilə bağlı xəbərə cavab verib. Nazirlik məlumatın yalan olduğunu bildirib.

Herbiand.az xəbər verir ki, bu barədə Onet Wiadomości xəbər portalı Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Reaksiyaya "Rzeczpospolita" qəzetində dərc olunmuş məqalə səbəb olub. Məqalənin dərcindən sonra Müdafiə Nazirliyi vurğulayıb: "Polşada məqalədə göstəriləndən daha çox F-16 təyyarəsini idarə etmək üçün ixtisaslı pilot var".

Nazirlik həmçinin qeyd edib ki, məqalədə göstərilən rəqəmlər yanlışdır və Polşa Hərbi Hava Qüvvələrinin əsl kadr potensialını əks etdirmir. Qurum məlumatın məxfi xarakter daşıdığını əsas gətirərək dəqiq rəqəmləri açıqlamayıb.

Bəxtiyar CƏFƏRLİ