Advertisment

Danwatch: Danimarkanın Ukrayna ordusuna ayırdığı pula qumbaralar alınmayıb

Danimarkanın Ukrayna Silahlı Qüvvələrinə qumbara almaq üçün ayırdığı 71 milyon kron, sursat istehsal etməyən bir Hindistan şirkətinə çatıb.

Herbiand.az bildirir ki, bu barədə Danwatch nəşri məlumat verib.

"Nəşr məsələni araşdırıb və indi Danimarkanın pulu ilə Ukraynaya bir dənə də olsun qumbara verilmədiyini bildirə bilər. Bunun əvəzinə, 71 milyon Danimarka kronu şübhəli bir İtaliya şirkəti olan Datasel-ə çatıb. Bu şirkət La Spezia-da Audi dilerliyi ilə ofisini bölüşür və özünü sursat istehsalçısı adlandıran bir hindliyə məxsusdur", - nəşr bildirir.

Nəşrin məlumatına görə, şirkətin hindli sahibləri indi vəsaiti geri qaytarmaqdan imtina edirlər. Dəqiqləşdirilib ki, vəsait Ukraynaya ümumi məbləği 300 milyon krondan çox olan yardım paketinin bir hissəsidir. Maliyyələşdirmə Estoniya vasitəsilə həyata keçirilib.

Bəxtiyar CƏFƏRLİ