Çevik Reaksiya Qüvvələrinin tərkibində döyüşən ukraynalı snayperlər və təlimatçılar saxlanılıb. Onlardan bəziləri öldürülüb.
Herbiand.az xəbər verir ki, bu barədə Sudan xarici işlər naziri Muhiyeddin Salem deyib.
Nazir bildirib ki, həmçinin, müəyyən miqdarda silahlar da müsadirə edilib.
XİN rəhbəri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin münaqişədə iştirakı çoxsaylı beynəlxalq tədqiqat mərkəzləri tərəfindən sənədləşdirilib: "Ukraynalıların, kolumbiyalıların və digər xarici vətəndaşların bu müharibədə iştirakına dair dəlillər tamamilə təkzibolunmazdır".
Bəxtiyar CƏFƏRLİ