Fransanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşma və iğtişaşlarda azı 60 nümayişçi xəsarət alıb.
"Le Figaro"ya istinadən xəbər verilir ki, bu barədə ölkənin təcili yardım xidmətlərinin hesabatında bildirilib.
Məlumata görə, xəsarət alan etirazçılardan dördünün vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının isə azı 18 əməkdaşı xəsarət alıb. Təkcə Marsel şəhərində iğtişaşların və qarətlərin qarşısının alınması zamanı 19 polis əməkdaşı xəsarət alıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşı ağır yanıq xəsarətləri alıb.
Qeyd olunub ki, şənbə günü keçirilən aksiyalarda ölkə üzrə 320 mindən çox insan iştirak edib. Paytaxtda və digər şəhərlərdə etirazçılar polisi daş və şüşə butulkalarla atəşə tutub, asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qaz və səs qumbaralarından tətbiq ediblər.
Aksiyalar zamanı ölkə üzrə ümumilikdə 565 nəfər saxlanılıb.
Teleqraf