Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşada baş verən siyasi böhranda “Rusiya izi” iddialarına cavab verib.
Herbiand.az xəbər verir ki, sabiq president bu barədə sosial şəbəkə X-də paylaşım edib.
Rusiyanın ABŞ seçkilərinə müdaxilədə, İspaniyadakı miqrant problemində “əli olmasına” dair iddiaları yada salan Medvedev deyib ki, dünyanın müxtəlif ölkələrində baş verənlər Kremllə əlaqələndirmək artıq dəb halını alıb.
Qeyd edək ki, oktyabrın 30-da Varşavada etirazçılar Konstitusiya məhkəməsinin binası qarşısına toplaşıblar. Gərginliyə məhkəmənin rəhbərliyi ətrafında yaranan münaqişə səbəb olub.
Polşanın Baş naziri Donald Tusk oktyabrın 31-də siyasi rəqiblərini hüququn aliliyini pozmaqda ittiham edib və onların Rusiyanın bot ordusu tərəfindən dəstəkləndiyini iddia edib. Prezident Karol Navrotski isə baş verənləri konstitusiya qurumunun zorla ələ keçirilməsi kimi qiymətləndirib.
Aydın