Misli Premyer Liqasının X turunda "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşıb.
Herbiand.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 15-ci dəqiqədə Q. Klisman vurub. A. Şuaybu 24-cü dəqiqədə hesabı bərabərləşdirib.
İkinci hissədə B. Almeyda 49-cu dəqiqədə "Neftçi"ni yenidən önə keçirib. A. Bouali 64-cü dəqiqədə hesabı 2:2 edib.
Qarşılaşmanın 75-ci dəqiqəsində A. Akeyemi qələbə qolunu vuraraq "Neftçi"yə üç xal qazandırıb.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran "Neftçi" yenidən turnir cədvəlinin lideri olub.