Advertisment

Donbasda Ukrayna hərbçiləri üçün 6 km-lik yeraltı tunel

Donetsk bölgəsində Ukrayna Silahlı Qüvvələri üçün təxminən 6 kilometr uzunluğunda yeraltı tunel inşa edilib. Bu tunel şəxsi heyətin, motorlu nəqliyyat vasitələrinin hərəkətini, sursatın, təchizatın çatdırılmasını, tibbi təxliyəni fasiləsiz və gizli şəkildə təmin edir.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hava-desant hücum qüvvələri komandanlığının qərargahının dəstək qüvvələri idarəsinin rəisi Dmitri Pişko “Ukrinform”-a verdiyi müsahibədə danışıb.

O, qeyd edib ki, iki yaşayış məntəqəsi arasında tikilmiş bu tunel mühəndislik ixtiraçılığın növbəti nailiyyətidir və müxtəlif bölmələrə döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə imkan verir.

Bəxtiyar CƏFƏRLİ