Advertisment

KİV: Almaniya ordusunda cinsi cinayətlərin sayı artıb

Almaniya Silahlı Qüvvələri (Bundesver) 2023-2025-ci illər arasında prokurorluğa cinsi cinayətlə bağlı 724 iş göndərib.

Herbiand.az bildirir ki, bu barədə RedaktionsNetzwerk Deutschland (RND) media qrupu xəbər verir.

Almaniya Müdafiə Nazirliyinin sözçüsünün sözlərinə görə, 2024-2026-cı illər arasında Almaniya Silahlı Qüvvələrinin daxili istintaq orqanları 452 cinsi cinayət işi açıb. Bunlardan 163-ü 4 noyabr 2026-cı il tarixinə qədər tamamlanıb. 84 işdə isə sübut çatışmazlığı səbəbindən məhkəmə prosesi dayandırılıb.

Sentyabr ayında Der Spiegel jurnalı Almaniya Silahlı Qüvvələrinin əldə etdiyi daxili sənədlərə istinadən Bundesverin cinsi təcavüz və zorakılıq hallarının rekord səviyyədə artması ilə üzləşdiyini və bunun döyüş hazırlığına və işə qəbul planlarına təhlükə yaratdığını bildirib.

Bəxtiyar CƏFƏRLİ