Advertisment

Pentaqon proqram təminatı xərclərini əhəmiyyətli dərəcədə artırır

Pentaqon Konqresə hərbi proqram təminatı büdcəsinin 8,4 dəfə artırılması ilə bağlı sorğu göndərib. Buna səbəb Maven Smart System (MSS) süni intellekt sisteminin istifadəsinin İranda bir məktəbə faciəli hücuma səbəb olduğunun iddia edilməsidir.

Herbiand.az bildirir ki, bu barədə büdcə sənədlərində yazılıb.

Sənəddə qeyd olunub ki, Pentaqon 2027-ci maliyyə ili üçün qoşunların komandanlığı və nəzarəti proqram təminatının hazırlanması proqramına 2,03 milyard dollar istəyib. Bu məbləğ 2026-cı maliyyə ilində 240,49 milyon dollardır. Maliyyələşdirmə artımının əsas hissəsi ordunun MSS-ə çıxışını genişləndirmək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ