Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Onistrat 15 yaş və yuxarı vətəndaşların Ukraynadan çıxmasına qanunvericiliklə qadağan olunmasını təklif edib. O, bu tədbirin məktəblilər də daxil olmaqla gənclərin axınının qarşısını almağa kömək edəcəyinə inanır.
Herbiand.az xəbər verir ki, zabit bu mövqeyini "Dumki vqolos" layihəsinə verdiyi müsahibədə bildirib.
Hərbçi hesab edir ki, mövcud sərhəd keçid qaydaları ölkənin gələcəyi üçün risklər yaradır: “Bu məsələlər ayrıca qanunvericilik məhdudiyyəti ilə həll edilməlidir. Mən görürəm ki, yuxarı siniflərdə oğlanlar getdikcə daha azdır”.
Onun müşahidələrinə görə, Kiyevdən və digər şəhərlərdən yalnız yeniyetmələr deyil, riyaziyyatçılar da daxil olmaqla müxtəlif peşələrdəki mütəxəssislər də gedir.
Ukraynada hazırda fərqli qaydalar mövcuddur. 2025-ci ilin avqust ayında hakimiyyət orqanları hərbi vəziyyət dövründə 18-22 yaş arası kişilərin xaricə səyahət etməsinə icazə verib. Müəyyən kateqoriyalı dövlət qulluqçuları üçün istisna nəzərdə tutulub. 23-60 yaş arası kişilər üçün səyahət məhdudiyyətləri qüvvədə qalır, baxmayaraq ki, qanun bir sıra istisnalara icazə verir.
Bəxtiyar CƏFƏRLİ