Rusiya məktəbliləri üçün "Siklon" güllə keçirməyən gödəkçə hazırlanıb.
Herbiand.az bildirir ki, bu barədə “Texnokriptonit” şirkəti məlumat verib.
Məlumata görə, zirehli gödəkçə uşağın anatomik ehtiyaclarına uyğunlaşdırılıb, Br1+C2 reytinqinə malikdir (qırıntılara və tapança güllələrinə qarşı nəzərdə tutulub). Gödəkçə Rusiya QOST standartlarına uyğun olaraq sınaqdan keçirilib.
Gödəkçə yüngül dizayna və yuyula bilən örtüyə malikdir. Testlər göstərib ki, uşaq paltarı 30-60 saniyə ərzində geyinə bilər.
Bəxtiyar CƏFƏRLİ