Advertisment

Rusiya ordusu IGLA anti-dron patronlarından geniş istifadə edir

Rusiya hərbi qulluqçuları xüsusi əməliyyat zonalarında dronlarla mübarizə aparmaq üçün ixtisaslaşmış IGLA patronlarından geniş istifadə etməyə başlayıb. Bu patronların istifadəsi artıq adi hala çevrilib.

Herbiand.az bu barədə “Rostex” dövlət korporasiyasına istinadən bildirir.

Rusiya Müdafiə Nazirliyi və Milli Qvardiya “Igla-100” patronlarını fəal şəkildə əldə edir. Dövlət korporasiyasının nümayəndəsi qeyd edib ki, ixtisaslaşmış sursat olmadığı təqdirdə hərbi qulluqçular standart qurğuşun gülləsindən istifadə edə bilərlər. Bununla belə, IGLA-nın hava hədəflərinə qarşı effektivliyi praktikada artıq sübut olunub, ona görə də seçim mümkündürsə, buna üstünlük verilməlidir.

Bəxtiyar CƏFƏRLİ