NATO-nun baş katibi Mark Rutte Rusiyanın alyans üzvü olan heç bir ölkəyə hücum etmədiyini, lakin Əfqanıstan, Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatlar həyata keçirdiyini iddia edib.
Herbiand.az xəbər verir ki, Rutte bu barədə mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya 1979-cu ildə Əfqanıstana, 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hücum edib.
Alyansın son dərəcə güclü olduğunu vurğulayan baş katib təşkilatın “güc üzərində qurulan sülh” konsepsiyasını təcəssüm etdirdiyini qeyd edib.
Rutte bildirib ki, NATO-nun hərbi potensialı alyansın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Aydın