Hazırda Arizona ştatının səhrasında 240-dan çox Amerika F-15C/D Eagle qırıcı təyyarəsi saxlanılır. Vaşinqton nəhayət ki, onlardan neçəsinin tezliklə Ukrayna səmasında uça biləcəyini yoxlamalıdır.
Herbiand.az bildirir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Devid Deptula deyib.
General qeyd edib ki, ABŞ təxminən 50-60 ədəd F-15C/D Eagle qırıcı təyyarəsinin bərpasını, təchiz olunmasını və Ukraynaya köçürülmək imkanlarını qiymətləndirməlidir.
Deptula deyib ki, bu yaxınlarda Ukraynadan qayıdıb. Orada Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı ilə işləyərək hava əməliyyatlarının planlaşdırılmasında kömək edib. General qorxunc dərəcədə gərgin bir hekayə danışıb: bir ukraynalı pilot 12 saat ərzində beş uçuş həyata keçirib və Rusiyanın 10 qanadlı raketini məhv edib.
"Belə yüklü temp Ukraynanın həm yeni qırıcılara, həm də onları müntəzəm olaraq saxlamaq qabiliyyətinə təcili ehtiyac duyduğunu dəqiq şəkildə göstərir", - general vurğulayıb.
F-15C/D - iki mühərrikli qırıcı təyyarədir və əvvəlcə havada düşmən təyyarələrini vurmaq üçün hazırlanıb. Artıq ABŞ Hərbi Hava Qüvvələri bu tip qırıcıları daha müasir F-35 və yeni F-15EX ilə əvəz edir.
Bəxtiyar CƏFƏRLİ