Advertisment

İranın Qərbi Azərbaycan ostanında dəm qazından zəhərlənmə nəticəsində 4 nəfər ölüb

İranın Qərbi Azərbaycan ostanının Məhkəmə-Tibbi Ekspertiza İdarəsi Urmiya kəndlərindən birində dörd gəncin dəm qazından zəhərlənərək həyatını itirdiyini açıqlayıb.

Herbiand.az -ın məlumatına görə, ölən şəxslərin hər birinin təxminən 30 yaşı olub.

Qərbi Azərbaycan ostanının Məhkəmə-Tibbi Ekspertiza İdarəsi soyuq mövsümdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, standartlara uyğun və təhlükəsiz tüstü bacası olan istilik cihazlarından istifadə etməyə, həmçinin dəm qazının yaratdığı təhlükələrə ciddi yanaşmağa çağırıb.