Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Herbiand.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet" ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla araşdırma aparılır.