Sən gedəndən qəlbim gedib sanki,
Dəfn olunmuş sənsən mən məzar kimi
Ağlamaq çarəm deyil dərmanım sən idin,
Bir dəfə görüşsək, qucaqlasam səni, Ata…
Şəkiltək dayanmışam sənin qarşında,
Öl desən, ölərdim mən sənin yolunda,
Canını Vətənə qurban vermisən sən
Mən sənə son sözlərimi necə çatdırım, Ata?
Sən gedəndən günəş tərk edib evimizi,
Sən gedəndən sözlərim yarım qalıb mənim.
Əllərim yanıma düşəndə sən tutardın bəs?
İndi sən getmisən, yoxsan qalmışam sənsiz.
Ata, ruhum, dostum, uşaqlığım hər şeyim,
Atam, ömrüm, dünyam nəfəsim mənim
İsti nəfəsində gizlənmək səni qoxlamaq
Sənin ətrində qocalmaq istərdim, Atam…
Allah Sehidlerimize rehmet etsin!
Əfsanə Rəhimli