Advertisment

Həmin o Fransa

Hər şey orda başladı. Xatırlayırsınızmı? Abel Aqambekyan Parisdə verdiyi müsahibəni. Aqambekyan əsaslandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın tərkibində olmalıdır.

Bu müsahibənin Fransada verilməsi heç də təsadüf deyildi. Bu həmin Fransadır. Erməniləri həvəsləndirdi, ayağa qaldırdı...

Nəticəsi nə oldu?

30 illik münaqişə, yarımçıq qalan minlərlə insan taleyi, Qarabağ ermənilərinin səfalət və yoxsulluğu.

Fransa yenə öz missiyasını yerinə yetirir. Yenə də erməniləri həvəsləndirir. Yeni qanlara, yeni qırğınlara.

Axı Fransanın daimi da üzv olduğu BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi vardı. Axı Fransa uzun illər ATƏT-in Minsk Qrupunda münaqişənin həlli ilə məşğul olan məsul həmsədrlərdən biri idi. Heç bir addım atılmadı, heç bir təşəbbüs göstərilmədi. Nəticədə Fransızların sevimlisi olan Nikol Paşinyan “Qarabağ Ermənistandır” dedi.

Bütün bunları Azərbaycan sadəcə 30 il seyr etdi. 30 il dözdü. Amma bunun bir sonu olmalıydı axı. Oldu. Sonu 44 günlük müharibə oldu.

Yeni qan, yenə qırğın, yenə yarımçıq qalan insan talelələri.  

Azərbaycan humanizm göstərdi. Qarabağda etnik təmizləməyə səbəb olacaq addım atmadı.

Fransa isə bu münaqişənin həllini istəmədiyini bir daha göstərmiş oldu. Fransa yenə də ermıniləri həvəsləndirir. Qana, qırğına həvəsləndirir.

Azərbaycan dövləti bunun dərhal və qəti cavabını verməlidir.

Fransa ilə siyasi, iqtisadi, diplomatik, mədəni əlaqələrə yenidən baxılmalıdır.

Sözsüz ki, Azərbaycanın Fransa ilə əlaqələrə yenidən baxması ideyası bir qədər ambisioz görünə bilər. Kimsə sual verə bilər ki, Fransa bundan nə itirəcək?

O zaman fikirləşin ki, biz nə itirəcəyik?

Məncə heç nə.

Və sonda tez-tez təkrar etdiyim bir təklifi yenidən diqqətinizə çatdırmaq istəyirəm. Fransanın Bakıdakı səfirliyinin qarşısında böyük bir lövhədə Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun və oğlu Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mikayıl Cəbrayılovun şəkili asmaq lazımdır. Mütləq lazımdır!