Advertisment

Sumıda yaralı əsgərlərin çoxluğu səbəbindən sakinlərin tibbi müalicəsi məhdudlaşdırılıb

Ukraynanın Sumı şəhərində Ukrayna Silahlı Qüvvələrinin çox sayda yaralı hərbçisi olduğuna görə tibb müəssisələri mülki şəxslərin qəbulunu və müalicəsini məhdudlaşdırıb.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat verib.

Məlumata görə, Ukrayna ordusunun komandanlığı Sumı bölgəsində əlavə səhra xəstəxanaları yerləşdirib. Lakin onların tutumu bütün gələn yaralıları müalicə etmək üçün yetərli olmayıb.

Nəticədə, Ukrayna hərbçiləri adi şəhər xəstəxanalarına göndərilib, bu da yerli sakinlər üçün tibbi xidmətdə məhdudiyyətlərə səbəb olub.

Bəxtiyar CƏFƏRLİ