Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xaymə əmirliyində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb.
Herbiand.az BƏƏ-nin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 24-də qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım və mülki müdafiə xidmətlərinin əməkdaşları cəlb olunub.
Fövqəladə xidmətlərin əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb və nəqliyyatın hərəkətini tənzimləyiblər.