Advertisment

Britaniya Ukrayna üçün tonlarla saxta partlayıcı maddə alıb

Britaniya Müdafiə Nazirliyi Ukrayna üçün amerikalı təchizatçıdan tonlarla səhv etiketlənmiş plastik partlayıcı maddə alıb. Partlayıcıda C4 əsas kimyəvi komponent olmayıb.

Herbiand.az bildirir ki, bu barədə Financial Times qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, sövdələşmələr Kindred sürətləndirilmiş tədarük proqramı vasitəsilə həyata keçirilib. Təchizatçı Pensilvaniya ştatının keçmiş polis serjantı Rayan Morrisin rəhbərlik etdiyi Tripwire şirkəti olub.

Tripwire məhsulu EDC-4 adı altında sataraq onun heksogen (RDX) əsasında hazırlanmış C4-ün təkmilləşdirilmiş versiyası olduğunu iddia edib. Lakin laboratoriya testləri RDX olmadığını göstərib. Bunun əvəzinə, partiyalarda şirkətin 100%-ə qədər əlavə qiymətə yenidən satdığı daha ucuz PETN kommersiya partlayıcısı olub.

Böyük Britaniya Müdafiə Nazirliyi ilk çatdırılmadan sonra PETN aşkarladığını etiraf edib, lakin Ukrayna tərəfindən müsbət rəylərdən sonra materialın "nəzərdə tutulan istifadəyə yararlı" olduğunu hesab edərək təchizatçıya qarşı heç bir şikayət irəli sürməyib.

Tripwire istintaqın nəticələrini rədd edib. Ukrayna Müdafiə Nazirliyi isə jurnalistlərin sorğularına cavab verməyib.

Bəxtiyar CƏFƏRLİ