Paşinyanın “Üçüncü Ermənistan Respublikası” səhifəsini bağlayaraq “Dördüncü Respublika” yaratmaqla bağlı bəyanatı, faktiki olaraq nəinki Qarabağı məhv etdiyini, həm də Üçüncü Ermənistan Respublikasını parçalamağa hazırlaşdığının könüllü etirafıdır.
Herbiand.az bildirir ki, bunu “Facebook” səhifəsində “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan yazıb.
“Bu, Türkiyə və Azərbaycanın planıdır. Bununla Nikol rejimi “Dördüncü Respublika” termini altında qurduğu Ermənistanı son millisizləşdirməyə məruz qoyur”, - Saqatelyan qeyd edib.
Bəxtiyar CƏFƏRLİ