Advertisment

Ombudsman: Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 200 min şəxs itkin düşüb

Rusiyadan itkin düşmüş şəxslərlə bağlı rəsmi məlumat ala bilmirik.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Qeyri-rəsmi məlumata görə, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 200 min şəxs itkin düşüb",- o qeyd edib.

Ombudsman qeyd edib ki, 6 235 ukraynalı geri qaytarılıb: “Onlar arasında 372 mülki şəxs var. Onların itkin düşmüş hesab olunurdu”.