Çinin “Quansi Pinqqo” klubunun futbolçusu Samuel Asamoa oyun vaxtı ciddi zədə alıb.
Herbiand.az xəbər verir ki, toqolu yarımmüdafiəçi II Liqada “Çunçin Tunlyanlun”la matçda yan xəttə yaxın yerdə top uğrunda mübarizə apararkən rəqib oyunçunun onu itələməsi səbəbindən reklam lövhəsi ilə toqquşub.
Başı lövhəyə dəyən 31 yaşlı futbolçunun boyun fəqərələrində çıxıq və sınıq aşkarlanıb. Ona, həmçinin sinirlərin sıxılması ilə onurğa blokadası diaqnozu qoyulub. Oyunçunun mövsümün qalan hissəsini buraxacağı bildirilib.
Ötən gün uğurlu cərrahiyyə əməliyyatl keçirən oyunçunun vəziyyəti hazırda stabildir.