Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir və kiberhücumlar həmişə onun tərkib hissəsi olub.
Herbiand.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.
O bildirib ki, ilk dəfə kiberhücumun mülki kritik infrastrukturla bərabər fiziki silahlarla birgə istifadə olunması 2015-ci ilin sonunda baş verib.
"O zaman Rusiya “Black Energy” virusu ilə Ukraynanın enerji infrastrukturuna, elektrik stansiyalarına hücum etdi, 300 minədək insan və müəssisə bir neçə saatlıq işıqsız qaldı. Müharibə vaxtı biz çox tez 300 mindən çox könüllüdən ibarət IT ordusu yaratdıq, yalnız Ukraynadan deyil, digər ölkələrdən də insanlar bizə qoşuldu. Onlar təkcə müdafiə yox, həm də əks-hücumlarda iştirak etdilər", - deyə Nataliya Tkaçuk qeyd edib.