Advertisment

Ukraynalı dənizçilər NATO limanlarındakı gəmilərdə xidmət edəcək

Ukrayna Ali Radası prezident Vladimir Zelenskinin sentyabrın 22-də parlamentə təqdim etdiyi “Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin başqa ölkələrə göndərilməsi haqqında” fərmanın təsdiq edilməsi haqqında” qanun layihəsini təsdiqləyib.

Herbiand.az xəbər verir ki, sənəddə Ukrayna hərbi qulluqçularının indi Türkiyə və Böyük Britaniyaya göndəriləcəyi bildirilir.

“Türkiyədə “Hetman İvan Mazepa” korvetinə 106 hərbi qulluqçu, Böyük Britaniyanın “Çerkassı” və “Çerniqov” mina əleyhinə gəmilərinin hərəsinə isə 39 hərbçinin göndərilməsi təklif edilir”, - sənəddə deyilir.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Denis Şmıqal bundan əvvəl bəyan etmişdi ki, bu qanun Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə mürəkkəb hərbi texnikanı qəbul edib mənimsəməyə imkan verəcək.

Bəxtiyar CƏFƏRLİ