 
																		Amerika həddi aşan və qeyri-məntiqi tələblərindən əl çəkmədiyi müddətcə, İran danışıqlar masasına qayıtmayacaq.
Herbiand.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
“ABŞ-la aparılan danışıqlar, o cümlədən Nyu-Yorkdakı dialoq Vaşinqtonun həddən artıq tələbləri səbəbindən dayandırıldı”, - Araqçi bildirib.
Qeyd edək ki, İran XİN sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında son günlərdə vasitəçilər yolu ilə müəyyən mesajların müdabilə edildiyini, lakin danışıqlar prosesindən söhbət getmədiyini bəyan edib.
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        