Advertisment

Ağ Ev “ruh-demokratlar”ın yer aldığı qəribə video yayımlayıb

Ağ Ev “demokratların ruhları”nın əks olunduğu qəribə video yayımlayıb. Videoda Kapitoliya binası tutqun atmosferdə, havada isə ruhların uçduğu təsvir edilir.

Herbiand.az bildirir ki, videonun özü vahiməli musiqi ilə müşayiət olunur.

Ağ Evin rəsmi saytında yayımlanan videonun başlığında deyilir: “Demokratlar Amerika xalqına ən çox ehtiyac duyulan anda onların gözündən itirlər”.

Qeyd edək ki, oktyabrın 1-də ABŞ-da yeni maliyyə ilinə başlamaq mümkün olmayıb. Bu son 7 ildə ilk dəfə olaraq hökumətin tam bağlanması ilə müşayiət olunub. Konqres üzvləri hələ də büdcə ilə bağlı razılığa gələ bilmirlər. ABŞ pezidentinin tərəfdarları bu məsələdə demokratları günahlandırırlar.

Bəxtiyar CƏFƏRLİ