 
																		Kolumbiya prezidenti Qustavo Petronun Səudiyyə Ərəbistanına uçan təyyarəsi ABŞ sanksiyaları səbəbindən yanacaq doldura bilməyib. Təyyarəyə Kabo-Verdedə yanacaq doldurmağa icazə verilməyib.
Herbiand.az bildirir ki, bu barədə “El Pais” xəbər verir.
Kolumbiya prezidenti X sosial şəbəkəsindəki yazısında Boeing 737-700 təyyarəsinin Madriddə yanacaq doldurmaq üçün dayandığını qeyd edib. O, daha sonra əlavə edib ki, Kolumbiya bir Amerika şirkəti ilə müqaviləni ləğv etməlidir. Lakin konkret hansı şirkətlə bağlı açıqlama verməyib.
“Bu, Kolumbiya Hərbi Hava Qüvvələrinin bütün yanacağını xaricə tədarük etmək üçün müqavilə bağladığı Amerika şirkəti idi. Bu, heç vaxt baş verməməli idi və onun yerləşdiyi yer Afrikanın Kabo-Verde adaları idi. İspaniya mənə kömək etdi, amma orda əksinə oldu”, - prezident sosial mediada 3-cü paylaşımında izah edib.
“El Pais”-in məlumatına görə, İspaniya hökumətinin müdaxiləsindən sonra Petronun təyyarəsi yanacaq doldurulmaq üçün hərbi bazaya aparılıb.
Qeyd edək ki, ABŞ və Kolumbiya arasında münasibətlər son aylarda gərginləşib.
Bəxtiyar CƏFƏRLİ
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        