 
																		Türkiyə Futbol Federasiyası (TFF) adı mərc oyunlarında hallanan hakimlər haqqında qərarını açıqlayıb.
Herbiand.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 151 hakim öz işindən uzaqlaşdırılıb. Onların bəziləri 8, bəziləri 10, bəziləri isə 12 ay müddətinə diskvalifikasiya edilib.
Yüksək kateqoriyalı hakim Zorbay Küçük ilə bağlı istintaq isə davam edir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırıldığını açıqlayıblar.
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        