 
																		Cənubi Koreyada ABŞ prezidenti Donald Trampa təqdim edilən “Çhonmaçonun qızıl tacı”nın nüsxəsi qızılla örtülü olub. Bu, qiymətli metalın baha olması ilə bağlıdır.
Herbiand.az bildirir ki, bu barədə Çinin “Sohu” nəşri məlumat verib.
“Qeyd edək ki, Trampın aldığı qızıl tac misdən hazırlanıb və kənarı qızılla örtülüb. Bu, xərclə bağlı mülahizələrlə bağlıdır. Əgər xalis qızıldan istifadə edilsəydi, maya dəyəri 300 milyon von qədər olardı”, - məqalədə deyilir.
Bildirilib ki, Trampın tacının hazırlanmasına 20 gün vaxt sərf olunub.
Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyaya səfəri zamanı Trampa qızıl tac hədiyyə edilib.
Bəxtiyar CƏFƏRLİ
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        