Advertisment

Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyyinatlı Dəstəsinin zabiti Elnurun şəhadətə yüksəlməsindən 5 il ötür

"Naxçıvan Şəhid Ailələri" İctimai nirliyumin mətbuat xidməti bildirir ki, bu gün Naxçıvan şəhər qəbristanlığında qəhrəman şəhidimiz Zeynalov Elnurun anım tədbiri keçirildi. 

 

Dövlət qurumlarını təmsil edən rəsmilərin, hərbi hissə nümayəndələrinin, şəhid ailələri və qazilərin, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin,Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Uğruna qanlar tökülmüş üç rəngli bayrağımızın şəninə yazılmış dövlət himni səsləndirildi.

Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyyinatlı Dəstə üzvlərinin iştirak etdiyi tədbirdə Elnurun həyatı və döyüş yolundan bəhs edildi.

Qəhrəmanımız Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən qəhrəman el oğlu ölümündən sonra "Qarabağ ordeni" , "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə","Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV