 
																		Türkiyə “Eurofighter” döyüş təyyarələrinin alınması üçün səylərini davam etdirir.
Herbiand.az -ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Böyük Britaniya ilə aparılan müzakirələr nəticəsində müsbət addımlar atılıb və məqsəd satınalma prosesini müəyyən müddət ərzində başa çatdırmaqdır: “Müqavilə mərhələsi başladıqda rəsmi məlumat veriləcək. Bu barədə yayılan fərqli iddialar nəzərə alınmamalıdır”.
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        