Advertisment

Rusiya MN: Ukrayna əsgərləri Krasnoarmeyskdə təslim olmaq çağırışlarına məhəl qoymur

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri təslim olmaq çağırışlarına məhəl qoymur və Krasnoarmeyskdə (Ukrayna adı: Pokrovsk) yaşayış binalarına sığınır.

Herbiand.az bildirir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin bəyanatında yer alıb.

Nazirlik qeyd edib ki, ukraynalı yaraqlıların bütün hərəkətləri kəşfiyyatçı PUA-lar tərəfindən qeydə alınır: “Sonra sığınacaqların dəqiq koordinatları hücum dronları ilə hədəfə almaq üçün ötürülür. Həyatlarını xilas etmək və təslim olmaq çağırışlarına məhəl qoymayan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri uğursuz şəkildə yaşayış binalarında gizlənir və meşəlik ərazilərdə hərəkətlərini gizlətməyə çalışırlar”.

Bəxtiyar CƏFƏRLİ