Litva hava qaçaqmalçılığı ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün NATO-dan ölkəyə bir qrup mütəxəssisin göndərilməsini istəyib.
Herbiand.az bildirir ki, bu barədə Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Deyvidas Matulyonis LRT milli radiosuna bildirib.
Onun sözlərinə görə, alyansda bunun bir növ hibrid hücum olduğunu yaxşı başa düşürlər: “Biz bütün vəziyyəti daha ətraflı qiymətləndirəcək və bu qaçaqmalçılıqla mübarizə aparmaqda bizə kömək etmək üçün əlavə tədbirlər təklif edəcək bir qrup mütəxəssis göndərilməsini xahiş etmişik”.
Bəxtiyar CƏFƏRLİ