ABŞ ordusu Yaponiyadakı İvakuni dəniz piyadaları aviabazasından Typhon mobil yerüstü buraxılış qurğularını çıxarıb. Bu qurğulardan Tomahawk orta mənzilli qanadlı raketlərinin buraxılması üçün istifadə edilir.
Herbiand.az bildirir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat verib.
Qeyd edilib ki, şəhər administrasiyası Yaponiya Müdafiə Nazirliyini qurğuların çıxarılması barədə məlumat verib.
Qurğular ABŞ-Yaponiya təlimləri üçün İvakuniyə yerləşdirilmişdi. Təlimlər başa çatdıqdan sonra onların 25 sentyabrda aviabazadan çıxarılması planlaşdırılırdı. Lakin 10 noyabr tarixinə qədər avadanlıqlar hələ də orada idi. Bu isə yerli ictimai təşkilatlar arasında ciddi narahatlığa səbəb olub. Onlar bu silahların ölkədə daimi yerləşdirilməsinin təhlükələrini qeyd ediblər. İctimai fəallar Yaponiya Müdafiə Nazirliyindən Typhon raketlərinin dərhal çıxarılması üçün ABŞ-a təsir göstərməsini tələb ediblər. Bu sistemlərin çıxarılmasının gecikməsinin səbəbi hələlik açıqlanmayıb. Lakin yerli analitiklər bunun ABŞ hökumətində davam edən bağlanma (şatdaun - red.) ilə əlaqəli ola biləcəyini ehtimal ediblər.
Bu sistemlər SM-6 çoxməqsədli raketlər və 1600 km mənzilli Tomahawk qanadlı raketlərini buraxa bilir.
Bəxtiyar CƏFƏRLİ