və ya
Tibb işçisi olmaq çox şərəfli peşədir
Mən həmişə belə fikirləşmişəm ki, tibb sahəsində çalışan həkimlər, tibb işçiləri və hətta orada işləyən texnki işçilər belə Ulu Tanrının yerdə olan elçiləridir. Axı Ulu Tanrı onlara insanların taleyini tapşırıb. Adicə texniki işçi belə xəstəyə etinasız olsa, bu, həmin xəstəyə pis təsir edir. Tale də mənə həmişə bu insanların ən müsbət cəhətlərini görməyi nəsib eləyib. Təkcə özüm xəstəxanada yatanda və xəstəliyimlə bağlı onlara müraciət edəndə yox, ən yaxın adamlarımı xəstəxanaya aparanda belə onlardan yalnız böyük diqqət, qayğı və xoş münasibət görmüşəm.
Məndən Bakıda, yəni paytaxda işləyən tibb işçiləri inciməsin, Sumqayıt səhiyyəsində çalışanlar mənə elə gəlir ki, bu sahədə daha diqqətcil, qayğıkeş və mehribandırlar. Çünki Sumqayıtda bu sahəyə çox savadlı həkim, öz işinin peşəkarı və yüksək təşkilatçı insan Elnur həkim Azadxanov rəhbərlik edir. O, Sumqayıt səhiyyəsinə rəhbərlik etdiyi gündən əlindən gələni edir ki, bu şəhərdə səhiyyə yüksək səviyyədə olsun və bu sahədə çalışanlar da xəstələrə qarşı çox cavabdehli olsunlar. Mən Sumqayıtdakı bütün tibb müəssisələrində bunun bir daha şahidi oluram. Bəli. Rəhbər yerində olanda və öz işini biləndə bu çox yaxşı olur.
Sumqayıtdakı 1 nömrəli xəstəxanada və onun poliklinkikaslnda olanda, burada çalışanların da təkcə mənə qarşı yox, bütün xəstələrə böyük mehribançılığını görürəm. Bu yaxınlarda həmin xəstəxananın poliklinikasında olanda, Qangötürmə otağında bir xanım mənə mehribançlıqla yaxınlaşıb salam verdi və məni çox yaxşı tanıdığını da bildirdi. Təvazökarlıqdan uzaq olsa da mən respublikada həm yazıçı, həm rejissor-altyor və jurnalist kimi üzdə olan insanlardan biriyəm. Məni hətta küçədə tanıyıb yaxınlaşan, salam verən insanları da çox görürəm. Amma həmin xanım belə dedi:
-Mən sizi təkcə rejissor-aktyor, yazıçı-jurnalist kimi yox, həm də atamın dostu kimi tanıyıram.
-Atanız kimdir,-deyə mən ona sual verdim.
-Mən, Məhərrəm həkim Kazımovun qızıyam.
Bu vaxt gözlərim qarşısında nurani, gülərüz, uca boylu, çox mehriban, müdrik insan olan Məhərrəm həkim canlandı. Həmin vaxtlar biz cavan idik. O, ağ saçlı, uca boylu və təkcə xəstəxanada yox, həm də xəstələr arasında böyük nüfuz sahibi olan xeyirxah şəxsiyyət idi. Və xanımın sifətinə baxanda gördüm ki, bir suyu elə Məhərrəm həkimə oxşayır. O, təkcə həkim yox, həm də çox təşkilatçı insan idi. Belə ki, Məhərrəm Kazımov uzun illər 1 nömrəli xəstəxanada baş həkimin müavini olmuşdu. Şəhərin bütün işlərində də yaxından iştirak edirdi.
-Mənim adım Səadətdir. Bu adı atam qoyub və istəyib ki, mən hər işlərimdə səadətə çatam... Amma səadətə çatmaq indiki zəmanədə çox çətindir...
-Səadət xanım. Niyə elə deyirsiz? Bayaq mən dəhlizdə dayananda otaqdan çıxan xəstələr sizin haqqınızda çox xoş sözlər deyirdilər. Hamısı da bu sözləri deyirdi:
-Çox mehriban tibb bacısıdır. Özü də işinin peşəkarıdır. Adamdan qanı elə ustalıqla alır ki, heç adamın ruhu da incimir.
Mənim bu sözlərimdən sonra Səadət xanım gülümsünüb belə dedi:
-Atam həmişə deyirdi ki, xəstə tibb işçisinə müraciət edəndə onu özünə pənah qapısı bilir. Ona görə də xəstəni öz doğman kimi qəbul eləməlisən və çox diqqətlə qulaq asmalısan ki, hər şeyi sənə deyə bilsin. Səni özünə ən mərhəm adam bilsin. Mən də həmişə atamın bu vəsiyyətinə əməl edirəm. Artıq iyirmi ildir ki, bu sahədə çalışıram və təvazökarlıqdan uzaq olsa da sevinirəm ki, həmişə hamı məndən razı qalıb.
- Səadət xanım mən çox istərdim ki, sizin haqqınızada yazım və qoy oxucularımız da görsünlər ki, atasının davamçısı olan, öz sənətinin vurğunu olan necə tibb işçiləri var.
Əvvəlcə razılaşmaq istəmədi, amma mən təkid edəndən sonra razılaşdı. Beləliklə, əziz oxucular Sədaət xanım haqqında sizə qısa məlumat verim.
Qısa arayış: Səadət Məhərrəm qızı Babayeva 1974-cü ilin noyabr ayının 17-də Sumqayıt səhərində anadan olub. O, Sumqayıt şəhərindəki 28 nömrəli tam orta məktəbi bitirib. Həkimlik sənətinə sevgi onda rəhmətlik atası sayəsində yaranıb. Belə ki, həmin vaxtlar atası Məhərrəm Kazımov çox tanınan bir insan idi. Məhz buna görə də belə məşhur həkimin qızı olamaq ona həmişə qürur verirdi. Axı Sumqaylt səhiyyəsində Məhərrəm həkimin oz dəsti xətti və ensiklopedik tibbi biliyi vardı. Səadət xanım da, qardaşı İlham da tibb sahəsində ondan cox sey öyrənirdilər. Qardaşı İlham, həkim olub və bu gün də atası Məhərrəm həkimin bir vaxtlar işlədiyi 1 nömrəli xəstəxananın Dializ şöbəsinin həkimidir. Səadət xanımın da arzusu həkim olmaq olub. Məhz buna görə də Moskavaya gedib və orada əla qiymətlərlə Tibb İnstitutuna daxil olub. Amma ayrı-ayrı səbəblərdən iki il sonra təhsilini yarımçıq qoyub, Azərbaycana qayıdıb və burada məktəbəqədər tərbiyəçi təhsilini alıb. Amma tibb sahəsində çalışmaq ona rahatlıq verməyib. Məhz buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində olan və Sumqayıtda yerləşən Əziz Əliyev adına Tibb Texnikumuna daxil olub. 2005-ci ildə həmin texnikumun “mamallq isi” ixtisasl uzrə fakültəsini bitirb. Amma tibb bacısı işləmək arzusu çox olduğuna görə həmin vaxtdan o da bir vaxtlar atasının işlədiyi və baş həkimin müavini olduğu 1 nömrəli xəstəxananın poliklinikasında tibb bacısı kimi fəaliyyətə başlayıb. Bu il onun tibb bacısı kimi fəaliyyətinin iyirmi ili tamam olub. Əlbəttə, iyirmi il böyük müddətdir. Artıq insan öz işində püxtələşir.
-Səadət xanım, sizin atanız Məhərrəm həkim çox yaxşı həkim idi və Sumqayıt səhiyyəsi üçün əvəzsiz işlər görmüşdü. Bir övlad kimi bu haqda nə deyə bilərsiniz?
- Mənim övlad kimi atamı tərifləməyim bəlkə də etik cəhətdən düz deyil. Amma atam uzun illər həm həkim, həm şöbə müdiri və həm də baş həkimin müavini olduğuna görə Sumqayıt camaatı ilə həmişə təmasda olub. Şəhərin bütün ictimai işlərində yaxından iştirak edib. Ona görə də bura gələn yaşlı xəstələr biləndə ki, mən Məhərrəm həkimin qızıyam mənə çox böyük hörmətlə, sevgi ilə yanaışırlar. Bu, mənim üçün ən böyük mükafatdır. Həm də belə məşhur həkimin qızı olmaq da məndə özümə qarşı böyük cavabdehlik yaradır. Çalışıram ki, öz işimlə həm kollektivdə, həm də xəstələr arasında həmişə hörmət qazanım. Atamın başını uca edim.
-Siz Moskvada təhsil alırdınız. Valideynləriniz də bununla fəxr edirdilər. Bəs necə oldu ki, təhsilinizi yarımçıq qoyub, Vətənə qayıtdınız və tibb bacısı olmağa qərar verdiniz?
- Bəli. Həkim olmaq böyük arzum idi. Əla qiymətlərlə də Moskvada ali məktəbə qəbul olmuşdum. Amma sən saydığını say, gör tale nə sayır... Ailə vəziyyətilə əlaqədar olaraq, təhsilimi yarımçıq qoydum. Bəli. Əgər Moskvada təhsilimi bitirmiş olsaydım, indi mən də saylb- secilən həkimlərdən biri olardım. Əfsus ki, həyatda hər şey biz arzuladıgımız kimi nəticələnmir.. . Bəli, bitirsəydim... kas ki... Amma ali məktəbi bitirə bilmədim ...
Ancaq düşünürəm ki, ən ali zirvə gozəl ailə basçısı olmaqdı və bu yük çox erkən yaşlarımdan mənim çiynimə düşdü. Beləliklə, bu gün mən ali zərvədə olan bir anayam. İki igid oğul böyütmüşəm. Böyük oğlum Emin Kazlmov 44 günlük Vətən müharibəsində iştirak edib. Çoxlu orden, medallar alıb və Zəngilanda üç rəngli bayarağımızı qaldıran igidlərimizdən biri olub. İkinci oğlum Mehdi ( Mixaylo) bu gün Azərbaycan ordusunda layiqincə xidmət edir. Deməli, hər iki oğlum Vətən qarşısında öz borclarını yerinə yetiriblər. Ana üçün məgər bunadna da böyük fəxaraət olarmı?
- Siz Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxanada çox cavabdehli bir sahədə çalışırsıznız. Bu xəstəxanaya da daha çox xəstələr gəlir. Hər gün də sizə çoxlu xəstələr müraciət edir. Mən görəndə siz onları necə səbrlə, mehribanlıqla qarşıalyıb, onlardan qan görürüsüz və necə mehribançılıqla da yola salırsız, buna heyran qalıram. Açığı özü də heç kim qan vermək istəmir. Əsasən də kişilər qan verməkdən qorxurlar. Siz bunu necə edirsiniz ki, heç kim sizdən narazı qalmır? Siz bilən əsl tibb işçisi necə olmalıdır?
- (Gülümsünür) Tibb sahəsində çalışan insanlar ona müraciət edən xəstələrə öz doğmaları kimi yanaşmasalar, bu sahədə uğur qazana bilməzlər. Bunu mən atamda görmüşəm və çalışıram ki, onun nəsihətlərinə, vəsiyyətlərinə əməl eləyim. Bəli. Bu gün xəstəxanalara müraciət edən insanlarımız çoxdur. Axı biz otuz il Qarabağ kimi cənnətməkan torpaqların dərdini çəkmişik. Oradan Sumqayıta gələn yüz minlərlə qaçqınları, köçkünləri görmüşük. Hələ üstəgəl Qərbi Azərbaycandan da üç yüz mindən çox qaçqın, köçkünlərimiz olub. Onların da böyük bir hissəsi Sumqayıtda məskunlaşıb. Mənim atam Qərbi Azərbaycandan idi. Onun necə torpaq həsrəti çəkdiyini biz hər zaman görürdük. Deməli, həmin cənnətməkan yerlərimizdən zorla çıxarılan insanlarımızda stresslər, depressiyalar yaranıb. Stress və depressiya da çoxlu xəstəliklərin ilk ocağı olur... Çoxlu xəstəliklər yaradır. Ona görə də bizə müraciət edən xəstələrə biz ən əziz doğmamız kimi baxırıq ki, onlar bizdən narazı olmasınlar. Özü də sizi inandırım. Əgər tibb işçisi bir xəstəyə laqeyd yanaşsa, həmin xəstə bir də həmin tibb işçisisnin yanına getməz. Həm də həmin tibb işçisi haqqında həmişə pis danışar. Deməli, xəstələrimiz bizim ən böyük təbliğatçılarımızdır. Ona görə də əsl tibb işçisi özünü Böyük Yaradanın yerdə elçisi bilməli və xəstələrə də belə mehribançılqla yanaşmaldır.
-Sizin xəstəxananın baş həkimi Mətləb həkim Musayev həm yaxşı təşkilatçı, həm yaxşı həkim və həm də böyük ziyalıdır. Həddindən artıq səbrə malik bir insandır və xəstəxanaya müraciət edən insanlarla da çox mehribandır. Bəs onun iş yerində işçilərə münasibəti necədir?
- Xəstəxanamızın bas həkimi Mətləb Musayev uzun illər bu xəstəxanada həkim işləyib. Yəni bu xəstəxananın “mətbəxini” yaxşı bilir. COVİD-19 dəhşətli xəstəliyi vaxtı onu bu xəstəxanaya baş həkim vəzifəsinə irəli şəkdilər. İnanın ki, o, hər gün, günün 24 saatını xəstəxanada olurdu və bu işə çox böyük səbrlə, peşəkarlıqla rəhbərlik edirdi. O, özü iki dəfə COVİD xəstəliyinə tutulsa da bu çətin işdən geri çəkilmədi. Bütün həkimləri, tibbi işçilərini, texniki işçiləri bu işə həvəsləndirdi ki, hamı xəstələrin sağalması üçün əlindən gələni etsinlər. Mən özüm də həmin vaxtı bütün günü burada olurdum. Yaxşı işimə görə həmin vaxtı mənə fəxri fərman da verdilər. Məhz buna görə də bizim xəstəxanada bütövlükdə respublika üzrə COVİD-19-dan ölən xəstələr çox az oldu.
Mətləb həkim bütün işçilərə qarşı çox səmimi insandır. Və həm də bizə ozguvənimizə stimul verir. Biz də çalışırıq ki, öz işimizlə onun etimadını doğruldaq. Deməli, belə mehriban, hamıya eyni gözlə baxan, öz işinin peşəkarı, yüksək təşkilatçı insanla çox işlər görmək olar və biz də həmin işi görürük. Məhz buna görə də bütün xəstələr bizim xəstəxanadan razı gedirlər. Bilirsiniz ki, rəhbər yerində olanda məhz belə də olur. Elə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Elnur həkim Azadxanov da bu şöbəyə rəhbərlik etdiyi gündən əlindən gələni edir ki, bu şəhərdə səhiyyə yüksək səviyyədə olsun. Elnur həkim də, Mətləb həkim də hər ikisi dəyərli insanlardır. Onlar gozəl urəyə malik xeyirxah olduqlarına görə, bu şəhərdəki bütün tibb müəssisələrində çalışanlar özguvənlik qazanıblar. Və onların simasında da butun həkimlərimizə, tibb işçilərimizə öz minnətdarlığımı bildirirəm . Məhz buna görə də xəstələr də həmişə həkimlərimizdən, tibb işçilərimizdən razılıq edirlər. Uzun illərdir ki, Sumqayıt səhiyyəsi respublikada birinciliyi qoruyub saxlayır. Bu, elə özü böyük fəxarətdir.
-Siz böyük ziyalı və vətənpərvər insanın tərbiyəsini alıbsınız. Atanız təkcə yaxşı həkim və zıyalı yox, həm də vətənpərvər insan idi. Biz artıq Qarabağdakı qələbəmizin beş illiyini qeyd edirik. Bu haqda siz nə deyə bilərsiniz?
-Bəli. Qarabağdakı qələbəmizdən, Zəfər sevincimizdən beş il ötür. Bu qələbəni, Zəfər sevincini bizə yaşadan şəhidlərimizə hər bir azərbaycanlı borcludur. Şəhidlər bizim qürur yerimizdir. Biz həmişə onları böyük ehtiramla yad edib, onlara rəhmət diləyirik. Qazilərimizə can sagllgl arzulayırıq. Əlbəttə, bu qələbəni əldə etməyimizdə əsas qüvvə və insan Ali Baş Komandanımız cənab İlham Əliyev olub. Bunu heç bir azərbaycanlı yadından çıxarmamalıdır. 44 gunluk Vətən muharibəsi mənim də həyatıma, sağlamlığıma boyuk təsir edib. Belə ki, boyuk oglum Emin Kazlmov da bu cətin muharibənin, canlı mubarizənin qəhrəmanlarlndan biridir. Açığı həmin 44 gündə demək olar ki, mən yatmadım. Həmişə televizorun qarşısında əyləşib və Qarabağda gedən müharibəni böyük həyəcanla, bir əsgər anası kimi izləyirdim. Təkcə öz oğluma görə yox, döyüşdə olan bütün oğullara görə həyacanla izləyirdim. İgidlərimiz torpaqlarımızı qarış-qarış azad etdikcə və bu haqda deyildikcə sevinirdim və həmişə də sevnc göz yaşı axıdırdım.
Sevinirəm ki, üç rəngli bayragımızın Zəngilanda dalgalanmasına, ucalmasına səbəb olan igidlərdən biri də məhz mənim oğlum Emindir. Kiçik oglum Mehdi (Mixaylo) da bu gün Cəbrayılda sərhəddə keşik çəkən sərhəd qosunlarında xidmət edir. Mən azərbaycanlı analarımızı, qadınlarımızı dünyanın ən qüdrətli anaları cərgəsində görürəm. Çünki onlar belə igid övladlar yetişdirib, Vətənə əmanət veriblər. Bilirsiniz ki, tibb aləmində belədir ki, oğlanlar məhz anaların genlərinin daha çox daşıyıcısıdırlar. Deməli, bizim övladlarımız-oğullarımız igidliyə görə Tomris, Taclı bəyim, Həcər xanım, Tuti Bikə kimi nənələrimizdən dərs alıblar. Onların davamçılarıdırlar. Amma ermənilər Anahid kimi tərbiyəsizin davamçılarıdırlar... Bu 44 günlük Vətən müharibəsində bizdən bir nəfər belə fərari olmadı, amma ermənilərdən on mindən çox fərari oldu. Bu da mənim yuxarıda dediklərimə bir sübutdur.
-Bu gün xəstəlik çox artıb. Mən hər dəfə xəstəxanada olanda ora gələn xəstələrin günü-gündən çox olduğunun şahidi oluram. Siz tibb sahəsində böyük təcrübəsi olan mütəxəssis kimi insanların xəstələnməməsi və xəstəxanaya gəlməməsi üçün onlara nə təkliflər verərdiniz?
- Mən bayaq yuxarıda xəstəliklərin artamsının səbəblərini dedim. Otuz illik Vətən həsrəti, qaçqınlıq, köçkünlük sağlamlığımıza öz təsirini göstərib... Bir tərəfdən də yediyimiz qidaların təmiz olmaması, insanlarımızın yoxsulluq içində yaşaması, uşaq pullarının verilməməsi istər-istəməz insanlarımıza təsir edir. Təbiətin də çirkin olması öz növbəsində. Dünyada bu qədər müharibələrin olması da hamıya təsir edir. Bütün bunlar da ayrı-ayrı xəstəliklər yaradır. İnsanlarımızın xəstələnməməsi üçün hər kəs öz həkimi olmalı və ən azından ildə iki dəfə tam müayinədən keçməlidir. Yediyi yeməklərə fikir verməlidir. Dünya şöhrətli məşhuh təbib İbn Sina dediyi kimi, hər bir insan yediyi yeməyi orqanizminə dərman bilməlidir. Çox yeməməlidir. Hər bir yeməyində də pəhriz saxlamalıdır.
Tibb sahəsində çalışanlar da öz işlərini sevməli və öz sənətlərinin peşəkarı olmalıdırlar ki, xəstələrə lazım olan kimi xidmət edə bilsinlər. Mən də öz isimi sevirəm. Mənim işim həm çətin, həm də məsuliyyətlidir. Belə ki, Qanalma otagına orqanizmində olan butun xəstəliklərlə bagll muraciət edirlər həddindən artıq çoxdur. Ona görə də çallsıram hər kəsi oz dogmam kimi qarsılayım və böyük segi ilə də yola sallm. İşlədiyim xəstəxananı və mənimlə çallsan kollektivimizi də çox sevirəm. İşimlə, peşəmlə qurur duyuram. Sevilən tibb bacısı olmaq və xəstələrin hörmətini qazanmağa çalışıram. Həmişə də şöbəmizin adını yuksək tutmaga çalışıram. Hər hansı ağrı ilə otağımıza girib qan verən adamın üzündə gülüş, sevinc yaradlb, səadət bəxs edə bilirəmsə o zaman adımın Səadət olmagına çox sevinirəm. Dünyanın belə qarışıq vaxtında, qazan kimi qaynadığı dövrdə hər bir insanın xoş sözə, diqqətə, mehribançılığa böyük ehtiyacı var. Məşhur rus yazıçısı Fyodor Dostoyevskinin belə maraqlı kəlamları var: “Dünyanı gözəllik xilas edəcək”. “Dünyada qalib olmaq istəyirsənsə, əvvəl özünə qalib ol”. Ona görə də hər bir insan səbrlə, dözümlə özünə qalib gəlib, sağlamlığını qoruya bilər və güzəranını da yaxşılaşdırar. Əgər biz başa düşə bilsək ki, dünyada ən böyük var-dövlət sağlamlıqdır, onda özümüzə fikir verərik. Sağlamlığımızı da qoruyarıq.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı, rejissor, jurnalist