Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Herbiand.az xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. 1985-ci il təvəllüdlü, Hindistan vətəndaşı Mansur Xanı avtomobil vurub. O, xəsarətlə dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.