Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Ukraynaya dəstəyi maliyyələşdirmək üçün Rusiya aktivlərindən istifadə ilə bağlı rəsmi təkliflərlə AB üzv dövlətlərinə məktub göndərib.
Herbiand.az xəbər verir ki, bu abrədə Reuters agentliyi məlumat yayıb.
Məktubda həmçinin kreditlərə əsaslanan iki alternativ maliyyələşdirmə mexanizmi təklif olunur. Fon der Leyen bildirib ki, 2026-2027-ci illərdə Kiyevə yardım üçün maliyyələşdirmə çatışmazlığı "çox əhəmiyyətli" olaraq qalır.
Sənəddə deyilir: "Biz üç əsas variant müəyyən etdik: AB ölkələri tərəfindən qrantlar vasitəsilə maliyyələşdirilən dəstək; Birliyin maliyyə bazarlarından borc alması ilə təmin edilmiş kredit; və ya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərə əsaslanan kredit".