Advertisment

ABŞ-ın birinci ledisi BMT Təhlükəsizlik Şurasında sədrlik edəcək

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp 2 martda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Fox News məlumatlı mənbəyə istinadən məlumat verib.

Məlumatda deyilir: "Melaniya Tramp təhsil vasitəsilə sülhə həsr olunmuş çıxışı ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək birinci xanım kimi tarixə düşəcək".

Qeyd olunur ki, onun çıxışı təhsil, texnologiya, sülh və təhlükəsizlik mövzularına yönələcək.

Tramp əvvəllər həyat yoldaşı Melaniyanı ağıllı və nüfuzlu hesab etdiyini bildirmişdi. O, bu açıqlamanı birinci xanımın filminin premyerasından əvvəl vermişdi.