Estoniya Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Herbiand.az xəbər verir ki, tədbir çərçivəsində Xocalı faciəsinə dair xüsusi guşə yaradılıb, tarixi faktları və həqiqətləri əks etdirən materiallar nümayiş etdirilib. İştirakçılara ətraflı məlumat verilib, həmçinin faciəni əks etdirən videoçarx təqdim olunub.
Çıxışlarda Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.