Anatoli Çubais Kanada Federal Məhkəməsində ölkənin Xarici İşlər Nazirliyinə qarşı iddia qaldırıb. 17 fevralda verilən iddia, Xarici İşlər Nazirliyinin Çubaisin sentyabr ayında sanksiya siyahısından çıxarılması üçün etdiyi müraciətə cavab verməməsindən irəli gəlir.
Herbiand.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Kanada qanunvericiliyinə görə, bu cür müraciətlərə 90 gün ərzində baxılmalıdır. İddianın tam mətni məhkəmənin veb saytında dərc olunmayıb.
Kanada Xarici İşlər Nazirliyinə göndərilən bəyanatda Çubais Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmək ittihamlarını rədd edib və tərcümeyi-halını əlavə edib. Orada o, 2022-ci ildə könüllü mühacirətini qeyd edib və müharibəyə etiraz olaraq Rusiya prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verdiyini bildirib.