Rusiyalı minaxtaranlar - hərbi mühəndislik akademiyalarının kursantları - dronlardan istifadə edərək çayları necə minalamaq üçün təlim keçəcəklər.
Herbiand.az xəbər verir ki, bunu vəziyyətlə tanış olan bir mənbə “İzvestiya” qəzetinə bildirib.
Onun sözlərinə görə, təlimlərinin bir hissəsi olaraq kursantlar su hövzələrini minalamaq və minalardan təmizləmək üçün pilotsuz qayıqlardan necə istifadə etməyi öyrənəcəklər: “Döyüş təmas xətti Dnepr, Severski Donets və digər su yolları boyunca keçir. Ordu mühəndisləri orada müxtəlif problemləri həll etməlidirlər”.
Bəxtiyar CƏFƏRLİ