Advertisment

Tuapsa dronhücumu – NEZ yanır

Ukraynanın dron hücumlarından sonra Tuaps Neft Emalı Zavodunda yenidən yanğın baş verib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Məlumata görə, yanğın dron qırıntılarının düşməsi nəticəsində baş verib. Xəsarət alan olmayıb. "Yanğının söndürülməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin əməkdaşları da daxil olmaqla 122 nəfər və 39 texnika iştirak edir".

Bu arada, Astra Telegram kanalı öz yerlərdəki mənbələrinə istinadən xəbər verir ki, ELOU-AVT-12 qurğusunun yanında yerləşən Tuapse Neft Emalı Zavodunun çən anbarına hücum olub.

Nə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev, nə də Tuapse Bələdiyyə Rayonunun rəhbəri Sergey Boyko hələlik bu hücumun nəticələri barədə məlumat verməyiblər. Boyko Moskva vaxtı ilə təxminən saat 1:00-da yalnız dron hücumu təhlükəsi barədə məlumat verib.