Advertisment

İndoneziyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

İndoneziyanın paytaxtı Cakarta yaxınlığında iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 84 nəfər isə xəsarət alıb.

 

Herbiand.az xəbər verir ki, bu barədə ölkənin dövlət dəmir yolu operatoru məlumat yayıb.

 

Məlumata görə, hadisə bazar ertəsi axşam saatlarında Cakarta yaxınlığındakı Bekasi bölgəsində şəhərətrafı qatarla uzaq məsafəli qatarın toqquşması nəticəsində baş verib.

 

İndoneziya Dövlət Dəmir Yolları Şirkətinin (PT KAI) baş direktoru Bobbi Rasyidin ölənlərin sayının 14 nəfərə yüksəldiyini açıqlayıb. Axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Syafii isə bildirib ki, dağıntılar altında qalan sərnişinlərin çıxarılması prosesi başa çatdırılıb.

 

Bildirilib ki, hazırda itkin düşən şəxs yoxdur.