Advertisment

Tramp Böyük Britaniyanın Kralını qəbul edib

Böyük Britaniyanın Kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla 27 aprel Bazar ertəsi günü rəsmi səfərlə ABŞ-a gəliblər. ABŞ Prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp Britaniya kral cütlüyünü Vaşinqtondakı Ağ Evdə qəbul ediblər.

Herbiand.az xarici mıənbələrə istinadən xəbər verir ki, bu gün III Çarlzın ABŞ Konqresinin hər iki palatasında çıxışı planlaşdırılır. Bu, Britaniya monarxının ABŞ Parlamentində ikinci dəfə çıxış etməsi olacaq - əvvəlki çıxışı Kraliça II Yelizaveta 1991-ci ildə etmişdi.

Daha sonra Kral və Kraliça 11 sentyabr 2001-ci il terror hücumlarının qurbanlarının xatirəsini yad etmək üçün Nyu-Yorka gedəcəklər.