Advertisment

"Bitcoin" 77 min dollara kimi ucuzlaşıb

Kriptovalyuta bazarında son 24 saatda əsas aktivlərdə eniş müşahidə olunub.

 

Herbiand.az xəbər verir ki, CoinMarketCap platformasında lider kriptovalyuta "Bitcoin"in qiyməti son 24 saatda 1,05% azalaraq 77 068 ABŞ dolları olub.

 

"Ethereum"un qiyməti 1,79% azalaraq 2 294 ABŞ dolları, BNB-nin qiyməti 0,60% azalaraq 625 ABŞ dolları, "Bitcoin Cash"in qiyməti 0,27% azalaraq 448 ABŞ dolları təşkil edib.

 

"Monero" 2,14% ucuzlaşaraq 377 ABŞ dolları, "Zcash" 3,27% ucuzlaşaraq 340 dollar, "Bittensor" 0,80% ucuzlaşaraq 249 dollara düşüb.

 

Qızılla təmin olunan aktivlərdən "Tether Gold"un qiyməti 1,01% azalaraq 4 653 ABŞ dolları, "PAX Gold"un qiyməti isə 1,18% azalaraq 4 650 ABŞ dolları olub.

 

Bazarın ümumi göstəricisi olan CMC20 indeksi də 1,86% azalaraq 155,15 səviyyəsinə enib.

 

Analitiklərə görə, bazarda müşahidə olunan eniş əsasən investorların qazanc götürməsi, risk iştahının zəifləməsi və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə bağlıdır.