9 may 2026-cı ildə Sankt-Peterburqda ilk dəfə "Ölümsüz donanma"nın aksiyası keçiriləcək. Bu kampaniya Böyük Vətən Müharibəsi zamanı həlak olan gəmi heyətlərinin xatirəsinə həsr olunacaq.
Herbiand.az bildirir ki, "Rusiyanın ölümsüz alayı" hərəkatının regional qərargahının rəhbəri Kirill Smirnov bu məlumatı jurnalistlərlə bölüşüb.
"Bu il ilk dəfə şəhərimizdə keçiriləcək formatı ayrıca qeyd etmək istərdim... Bu, "Ölümsüz donanma" kampaniyasıdır... Bu, Böyük Vətən Müharibəsi zamanı Baltik dənizində həlak olan gəmi heyətlərinin xatirəsini yad etmək üçün fürsət yaradan unikal bir tədbirdir", - Smirnov deyib.
O qeyd edib ki, tədbirdə kiçik yelkənli və motorlu qayıqlar iştirak edəcək. Onların üzərində heyətləri müharibədən qayıtmayan gəmilərin adları və şəkilləri olacaq. Gəmidə Ukraynadakı xüsusi hərbi əməliyyatda təcrübəsi olan hərbçilər, ruhanilər və əlil uşaqlar da iştirak edəcək.
Bəxtiyar CƏFƏRLİ